Xidmət haqqında

Bizim boru kəməri işlərimiz aşağıda qeyd edilmiş bir çox növdə olan material və xidmətlərdən ibarətdir:

  • Boru kəmərinin çəkilməsi
  • Sahədə və ya emalatxanada boru kəməri, təmir, dəyişdirmə və yeni layihələr
  • Zavodun mövcud boru kəmərində və ya digər layihələrdə dəyişikliklər
  • Müştərinin çertyojlarına əsaslanaraq qabaqcadan hazırlanmış boru sistemlərinin təchizi
  • Boru sistemlərinin texniki xidməti

Biz sizin layihənin tələb etdiyi istənilən metal və materiallardan, karbon poladdan, paslanmaz poladdan, PVX, YSPE, mis, tanqam və digər metal və materiallardan hazırlanmış boruların quraşdırılmasını və yığılmasını təmin edə bilərik. Bizim heyət boru quraşdırıcıları, sertifikatlı qaynaqçılar, ustalar və usta köməkçilərindən ibarətdir.

Karbon boru sistemi

Karbondan hazırlanmış tikişsiz polad borudan neft və təbii qaz, qaz, su kimi mayelərin və borular kimi bəzi bərk materialların daşınmasında istifadə olunur. Ondan həmçinin quruda, dənizdə, dayaz və dərin sularda müxtəlif xidmətlərin təmin edilməsi üçün istifadə etmək olar. Karbondan hazırlanmış tikişsiz polad boruların istehsalında istifadə olunan dairəvi hissələrin tətbiqi materialın istifadəsini asanlaşdıra, istehsal prosesini sadələşdirə, material və emal vaxtına qənaət edə bilər, polad boruların hazırlanması üçün diyircəkli podşipnikli halqalar, üzlüklər və s. kimi materiallardan geniş istifadə edilmişdir.

Paslanmaz poladdan hazırlanmış boru kəməri sistemi

Paslanmaz poladdan olan borudan paslanmaz poladın malik olduğu xüsusiyyətləri - yüksək gücü, sərtliyi və aşınmaya qarşı yüksək müqaviməti tələb edən struktural və boru kəmərinin çəkilməsində istifadə olunur.

Mis boru sistemi

Mis santexnika, qızdırma, qaz və yanğınsöndürmə borusu üçün ideal materialdır. Bir çox məhsul və xidmətlərdə misdən hazırlanmış borulardan istifadə olunur: içməli su, evin qızdırılması (ənənəvi və istilik mənbəyindən), qaz, tibbi qaz, günəş enerjisi sistemlərш, yanğınsöndürücü sprinkerlər, havalandırma sistemləri. O, misilsiz, geniş temperatur və təzyiq diapazonunda təhlükəsizlik tələblərinə cavab verir. Mis borunun ikinci ən böyük istifadəsinə havalandırma və soyutma sistemlərində rast gəlinir; yaşayış və ofis binalarında yanğınsöndürücü sprinkler və yanacaq qazının paylaşdırılması sistemlərində istifadəsi sürətlə artır. Aşınmaya qarşı müqaviməti, emal edilə bilmə qabiliyyəti və istiliyi ötürmənin yüksək səviyyəsi ilə əlaqədar olaraq misdən əsasən santexnika borularının hazırlanmasında istifadə olunur. Müstəsna formalaşma xüsusiyyəti ilə əlaqədar olaraq misə iş sahəsində istənilən forma vermək olar.

Yüksək sıxlığa malik polietilen (YSPE) boru sistemi

Yüksək sıxlığa malik polietilen (YSPE) içməli suyu, çirkab sularını, maye gili, kimyəvi maddələri, təhlükəli tullantıları və sıxılmış qazları daşıya bilər. Polietilen möhkəm, həddən artıq sərt və çox davamlı materialdır. Əgər siz uzun müddətli xidmət, problemsiz quraşdırma, elastiklik, kimyəvi maddələrə qarşı dayanıqlılıq və ya sonsuz sayda digər xüsusiyyətlər axtarırsınızsa, yüksək sıxlığa malik polietilen sizin tələblərə cavab verəcək.

YSPE boru:

  • Borunun özü kimi bərk və heç bir sızmanın olmadığı birləşmə yaratmaq üçün termal ərinti ilə birləşdirilə bilər.
  • Ağır, bərk metal və ya beton borular ilə müqayisədə istifadəsi və quraşdırılması xeyli asandır və inşaat prosesində iqtisadi mənfəət təmin edir. Xüsusilə soyuq havalarda quraşdırarkən PVX kimi digər materiallardan olan borular çatlamağa və qırılmağa meyilli olarkən, o, digər boru materialları ilə müqayisədə struktural cəhətdən təsirə daha yaxşı müqavimət göstərir.
  • Optimal axın sürətinə malikdir. Qabarıqlar olmur, ərp və ya bioloji laylaşmaya qarşı yüksək müqavimət göstərir.
  • Elastiklik və germetiklik YSPE borularının unikal və səmərəli quraşdırılma üsullarını təmin edir

PVX borular

PVX ən yaxşı yanınan müasir termoplastik boru sistemləridir. Yüngül çəkisi və aşınmaya qarşı dayanıqlılığı cəld və sadə quraşdırılma qabiliyyəti ilə birlikdə onu bütün dünyada tətbiq olunan materiala çevirmişdir.

PVX borularının xüsusiyyətləri:

  • effektiv performansa və sahə şəraitində uzun müddətli xidmətə gətirib çıxardan kimyəvi maddələrə, havaya və aşınmaya qarşı müqavimət və bioloji təsirsizliyi ilə birlikdə davamlılıq və güc
  • konstruksiyanın elastikliyini, quraşdırmanın asanlığını, daha az quraşdırılma vaxtı və xərcini təmin edən materialın elastikliyi və nisbətən yüngül çəkisi
  • qəbul edilən təhlükəsiz istifadə və qəbulu müəyyən etmək üçün rəngin kodlaşdırılması və işarələnməsinin asanlığı
  • İstehsal, daşınma baxımından səmərəlilik və asan quraşdırma.

PVX-U sistemləri

Mümkün olan ən yüksək istiliyə davamlılığı və kimyəvi müqaviməti təmin etməklə PVX-U sistemləri ən çətin şəraitə tab gətirir. Universal həll sənaye məqsədli boru sistemlərinin inşası, texniki xidməti və istismarı üçün tələb olunan təhlükəsizlik, səmərəlilik və etibarlılığın bütün aspektlərini əhatə edir. Əsasən su təmizlənməsində, dənizdə, kimyəvi proses sənayesində, elektrik stansiyalarında tətbiq olunur.

O, rəngsiz və dadsızsdır, içməli suyun və bir çox ərzaq və ya süd məhsullarının daşınmasına uyğundur. Yüngül çəkilidir, quraşdırılması asandır, heç bir xüsusi alətləri tələb etməyən soyuq həlledici ilə qaynaq edilmiş birləşmələrdən istifadə edilir.

Tanqam boru və paslanmaz poladdan olan boru sistemi

Tanqam borular dünyanın hər yerində mövcuddur, dəniz, ofşor, daşınma, farmakologiya və s. sahələr daxil olmaqla bir çox sənaye sahələrində istifadənin müvəffəqiyyətinə və uzun müddətliliyinə şərait yaradır.

Tanqam borunun xüsusiyyətləri və faydaları:

  • Dəniz suyuna və mühitinə qarşı dayanıqlı
  • Möhkəmliyin çəkiyə yüksək nisbəti-70-30 Cu-Ni ilə müqayisədə 30% daha möhkəm
  • Yorğunluq və zərbəyə qarşı yüksək müqavimət
  • Mükəmməl elastiklik
  • Qeyri-maqnetik və qığılcım verməyən
  • Asanlıqla əyilir, bu da paslanmaz polad ilə müqayisədə quraşdırma vaxtının və xərcinin azaldılmasına gətirib çıxardır
  • 316 boru xəttinin quraşdırılması üçün istifadə olunan eyni alət və sıxaclar ilə quraşdırılır
  • İmperial və metrik ölçülərin geniş diapazonu mövcuddur.

Paslanmaz polad sistemi aşınmaya qarşı yüksək müqavimət göstərir və içməli su sistemlərinin quraşdırılması üçün ideal həlldir; istifadə olunan paslanmaz polad tamamilə gigiyenikdir və aşınmaya qarşı yüksək müqavimət göstərir. O, etibarlı və yüksək keyfiyyətli komponentdir və mülki, sənaye və dənizçilik sektorlarında qızdırma, soyutma, sıxılmış hava və yanğınsöndürmə sistemlərinə uyğundur.

Xidmətin şəkilləri

Digər xidmətlər